Qubadlı rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. RİH-nin başçısı Malik İsaqovun əmri ilə, Emin Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin edilib.
Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyətdə gəldikdə, onun əsas planı Qarabağ münaqişəsinin istənilən yolla həlli və Ermənistanı bunun müqabilində iqtisadi blokadadan çıxarmaq olub. İlk təşəbbüslərində danışıqlar yolu ilə buna getmək üçün cəhdlər etdi və prezident İlham Əliyevdən vaxt istədi. Ölkədə daxili siyasi vəziyyəti normallaşdırqdıqdan sonra buna gedəcəyinə söz vermişdi.
Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də tam (11 illik) buraxılış imtahanları keçirilib.
“Vladimir Putin və Co Bayden arasında görüş ən qısa zamanda təşkil edilə bilməz, bu məsələ hələ araşdırılma mərhələsindədir”.
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində nikaha daxil olublar. BANM-dən Visiontv.az-a verilən məlumata görə, Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kurs tələbəsi əslən pakistanlı olan Masuma Rizvi ilə ailə həyatı qurub.
2020-ci il dekabrın 1-də işğaldan qurtulan Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa düşür. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.
Fransanın Ermənistandakı səfirinin Hərbi qənimətlər parkını "tamaşa" və Ermənistanın məğlubiyyətini "ləyaqətli məğlubiyyət" adlandırması əməlli-başlı diplomatiyadan kənar ifadələr və davranışdır. Səfir birbaşa qərəzini ortaya qoyur və bu səfir üçün yolverilməz haldır.