19.011.2019
Axtar
İşğal
alt

İşğal olunmuşdur: 7 iyul 1993-cü il
Ərazisi: 1,75 min km2

Əhalisi: 44,4 min nəfər

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

Qəsəbə və kənd - 59

Mədəni - məişət obyekti - 178

 

Tərtər-İstisu avtomobil yolunun kənarındadır. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.

Tarixi

Keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert) rayonun mərkəzi olmuşdur. XIX əsrdə burada məskunlaşdırılmış ermənilər rayonun və qəsəbənin adını 1923-cu ildən Crabert, 1930-cu ildən isə Mardakert kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilmiş, qəsəbə isə keçmiş adı ilə – Ağdərə adlandırılmışdır.

Ağdərə şəhəri 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe edilmişdir. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb.

Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxan axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb. (Oradakı Qafqaz Alban dinastiyaları və katolikoslarının son istinadgahı olan məşhur Gəncəsar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuşdur. Sonuncu Gəncəsar alban məbədi 1837-ci ildən erməni katolikosluğuna tabe edilmişdir

 

İşğal

Ağdərə şəhəri Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusununhücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən Ermənistan ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal edir. Hazırda Ağdərə rayonunun məcburi köçkünləri Azərbaycanının müxtəlif şəhər və rayonlarında məskunlaşmışdır.

Şərh yazın