Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub
23.10.2020

“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Visiontv.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev “Twitter” hesabında yazıb. 

Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub