Zəngilan Rəqəmsal Elektrik Yarımstansiyasının təməli qoyulub
20.10.2021

“Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməli qoyulub.

Visiontv.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak ediblər.