Zelenski prezident seçkilərində qalib gəlib
22.04.2019

Zelenski prezident seçkilərində qalib gəlib

Ukraynada keçirilən prezident seçkilərində protokolların 90,25%-i sayılıb.

 

Xezerxeber.az-ın məlumatına görə, nəticələrə əsasən, Vladimir Zelenski 73,18% səs toplayıb.

 

Onun rəqibi, hazırkı prezident Pyotr Poroşenko isə seçicilərin 24.49%-nin səsini ala bilib.

Ukrayna Mərkəzi Seçki Komissiyası yekun nəticələrin aprelin 30-da elan edilə biləcəyini açıqlayıb.