Zakir Həsənov: “Azərbaycan Ordusunda bir neçə yeni qurum yaradırıq”
09.11.2021

“Azərbaycan Ordusunda bir neçə yeni qurum - əməliyyat (komando) qurumları, briqadaları yaradırıq”. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla keçirilən mətbuat konfransında bildirib.

Gələcəkdə böyük planların olduğunu bildirən nazir qeyd edib ki, əməliyyat (komando) briqadalarının çoxsaylı hərbi qulluqçuları Türkiyədə təlim keçib Azərbaycana qayıtdıqdan sonra ən mühüm birləşmələrdə xidmətlərini davam etdirirlər.

Visiontv.az