Yumşalmalar Bakıda ticarət obyektlərinin qiymətini bahalaşdırıb
27.10.2021

Karantin rejiminin yumşaldılması Bakıda kommersiya obyektlərinin satış qiymətinin bahalaşmasına səbəb olub. "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, sentyabr ayında Bakıda kommersiya obyektlərinin qiyməti 3,70 faiz bahalaşıb.

Kommersiya obyektlərinin bir kvadratmetrinin orta qiyməti 3420 manat təşkil edib. Sentyabr ayında 452 kommersiya obyekti satışa çıxarılıb.

Lakin sentyabr ayında kommersiya obyektlərinin icarə qiyməti ucuzlaşıb. Belə ki, ötən ay bu obyektlərin icarə qiyməti 4,85 faiz ucuzlaşıb.

Visiontv.az