“YouTube”, Trampın “RT”dəki çıxışının videosunu sildi
03.03.2021

“YouTube” Donald Trampın Orlandoda bir konfransdakı çıxışının “RT” kanalında yayımlanan videosunu silib. Bu barədə “RT” kanalı məlumat yayıb.

Qeyd edilib ki, mühafizəkar CPAC konfransında danışan siyasətçi, yenidən prezidentliyə namizəd olmağa qərar verə biləcəyini söyləyib. Onun sözlərinə görə, 2024-cü ildə keçiriləcək prezident seçkilərində demokratlar məğlub olacaq. Bu, Trampın prezident vəzifəsindən getdikdən sonra ilk açıq görünüşü idi.

Video hostinqə sahib olan “Google”un mətbuat xidmətindən “RİA Novosti”yə bildirilib ki, “YouTube”un siyasəti ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir edən səhvlərdən bəhs edən məzmunu qadağan edir, lakin bəzi videolarda istisnalar var.