24.011.2020
Axtar
Ölkə
alt

Yol polisi piyadalara müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

İdarədən Visiontv.az-a daxil olan videomüraciətdə piyadalara yolu keçərkən diqqətli olmaları tövsiyə edilib: "İlk növbədə, piyadalar yolu keçərkən diqqətli olmalı, yalnız müəyyən olunan keçidlərdən istifadə etməlidirlər. Günün qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində üzərində işıqqaytarıcı elementlər olan əşyalardan istifadə tövsiyə olunur. Digər aktual olan məsələ, piyadalar ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulan dayanacaqlarda olarkən yolun hərəkət hissəsinə çıxmaqla həm avtomobillərin normal hərəkətinə maneə yaradır, həm də öz həyatlarını riskə atmış olurlar".

İdarə hazırladığı videomüraciətdə piyadaları avtomobil yollarını keçərkən məsuliyyətli və diqqətli olmağa çağırıb.

Şərh