Yeni növ instagram hesabları yaradılır
13.12.2018

Yeni növ instagram hesabları yaradılır

Visiontv.az-ın məlumatına görə görə, Instagram servisi Creator Accounts adlı yeni növ Instagram hesablarını test edir. Bu cür hesablar məşhur bloqqerlər və biznes hesaba sahib olaraq Instagram daxilində kontent yaradan şəxslər üçün əlavə özəlliklərə sahib olacaqlar. Bu barədə The Hollywood Reporter saytı xəbər verib. Məlumata əsasən hal hazırda bu yeni funksiya çox az sayda insan ətrafında test edilir. Creator Accounts funksiyasının gələn il istifadəyə verilməsi gözlənilir. Beləliklə Creator Accounts hesablarına sahib olacaq istifadəçilər hansı özəllikləri əldə edə bilərlər?

Həmin istifadəçilər kənar servislərin köməyi olmadan öz Instagram hesablarına abunə olan və ya abunəlikdən çıxan şəxslərin analitikasını izləyə biləcəklər. Bununla yanaşı istifadəçilər hansı paylaşımların abunəlik sayını artırdıqlarını, hansıların isə azaltdıqlarını görə biləcəklər.

Sözügedən növ hesablara sahib olacaq istifadəçilər həmçinin özəl mesajları filtrləyə biləcəklər. Beləliklə onlar hansı növ istifadəçilərin və qrupların onlarla əlaqə yarada biləcəklərini ayarlama imkanına sahib olacaqlar.