Yeni kadrlara qarşı “şedevr kompramat”lar-Millət vəkili Aydın Mirzəzadə
26.05.2020

Seymur ingilicə nəyinki Harvard səviyyəsində, heç Malta dialektində də danışa bilmir.

Son günlərdə cənab Prezidentin vəzifələrə təyin etdiyi şəxslərə verdiyi tapşırılar cəmiyyət tərəfindən müsbət qarşılanır. Təyin edilənlər isə işlədiyi sahədə özünü müsbət tərəfdən tanıdan şəxslərdir və yüksək etimada layiq görülüblr.

Ancaq bu təyinatlara qarşı birbaşa çıxmasalara da bəziləri təyin edilənlərdə qüsur axtarmağa cəhd edirlər.

Son təyin edilənlərdən ən çox hücuma məruz qalan isə YAP Gənclər Birliyinin sədri olan Seymur Orucovdur.

Ayrı-ayrı bucaqlardan onun haqqında “kompramat” yaymağa, ictimai fikirdə işə başlamamış onun haqqında neqativ yaratmağa çalışırlar.

Ən son “şedevr kompramat” isə onun ingilis dilində çıxışı olan videonun yayılması və onun bu xarici dili yaxşı bilməməsinin vurğulanmasıdır.

Tamamilə razıyam, Seymur ingilicə nəyinki Harvard səviyyəsində, heç Malta dialektində də danışa bilmir.

Ancaq bir məqam var ki, Seymur Ağstafada ingiliscə danışmağa yox, göndərildiyi rayonda ölkə rəhbərinin nümayəndəsi vəzifəsini yerinə yetirməyə göndərilib. Ona ingilis dilində düzgün tələffüzə görə deyil, rayonun sosial-iqtisadi inkişafını təmin etməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, sahibkarlığa dəstəyinə görə qiymət veriləcək.

O yeni nəsil idarəçiliyin nümunəsinin yaradılmasında şəxsi nümunə olmalıdır.

Seymura qarşı hücum təsadüfi deyil, əsas hədəf cənab Prezidentin siyasi kursu, Yeni Azərbaycan Partiyasıdır. Seymurun YAP sıralarında formalaşması partiyanın potensialını, Azərbaycan gənclərinin Heydər Əliyev yoluna inamını göstəriri. Seymur kimi gəclərimiz yüz minlərlədir, onlar müstəqil Azərbaycan müitinin yetirmələridir, onlar etimadı doğruldacaqlar.

Seymur isə qarayaxmalara əhəmiyyət vermədən sadəcə olaraq işləyir. Prezidentin etimadını doğrultmağa çalışır, Ağstafada yeni mühit yaratmaq üçün çalışır.

İnanırıq ki, bu onda alınacaq. İngilis dilini yaxşı bilməsə də.

Visiontv.az