“Yeni idarəetmə sistemimiz daha da güclənərək, Türkiyəmizin nailiyyəti olaraq davam edəcək”
“Yeni idarəetmə sistemimiz daha da güclənərək, Türkiyəmizin nailiyyəti olaraq davam edəcək”
05.06.2023 MEDİA Tərəfindən

“Qarşıdakı dövrdə yeni idarəetmə sistemimizin daha da güclənərək, yeni şərtlərə uyğunlaşaraq Türkiyəmizin nailiyyəti olaraq davam edəcəyini xüsusiylə vurğulamaq istəyirəm.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin yeni vitse-prezidenti Cevdet Yılmaz, Prezident İqamətgahında keçirilən təhvil-təslim mərasimindəki çıxışı zamanı bildirib. 

Xalqa xidmət bayrağını vitse-prezident kimi Fuat Oktaydan almağın onun üçün şərəf olduğunu söyləyən Yılmaz, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu məsuliyyəti öz üzərinə götürərək, əlindən gələni edəcəyini qeyd edib.

Yılmaz, yeni kabinetdə yer alan nazirləri təbrik edərək, onlara yeni vəzifələrində uğurlar arzulayıb. 

İlahə Əliyeva