''Yardımcı.az'' ehtiyac sahiblərini sevindirdi - VİDEO
Videonu Aç
15.04.2020

Yardımçı (yardimci.az) layihəsi koronovirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Azərbaycan vətəndaşlarının bir-birinə vasitəçi olmadan onlayn yardım göstərməsi üçün fəaliyyət göstərir. Bu baxımdan imkanlı vətəndaşların bu layihədə fəal iştirakı, ölkəmizin yaşadığı çətin günlərdə imkansızlara böyük dəstək olacaq. Bu fikirləri layihənin təşkilatçılarından olan iş adamı Elvin Abbasov bildirib.

Visiontv.az xəbər verir ki, Elvin Abbasovun fikrincə müraciət edilən təbəqənin fəallığı dövlətimizin imkanları daxilində vətəndaşlarımıza etdiyi yardımlara qismən də olsa köməkdir: Sitat: “Layihəyə başladığımız son 4 gün ərzində imkanlı şəxslərin yardım etmək üçün göstərdiyi fəallıq bizim gözləntilərimizin üstündə oldu. Bu bir daha sübut etdi ki, imkanlı insanlarımız bu çətin günlərdə öz millətini, dövlətini tək qoymur”, sitatın sonu. 

Yardımçı layihəsinin həyata keçməsində OBA marketlər şəbəkəsi də yaxından iştirak edir. Məhz bu marketlər şəbəkəsi vasitəsilə yardım zənbilləri hazırlanır və könüllülər tərəfindən imkansızlara çatdırılır. 

Sonda bütün imkanlı şəxsləri Yardımçı layihəsində fəal iştirak etməyə çağırırıq. Hər biriniz bu çətin günlərdə bir imkansıza dəstək, kömək ola bilərsiniz.