Yanğın səbəbindən 9 kəndin qaz təchizatı dayandırılıb
Yanğın səbəbindən 9 kəndin qaz təchizatı dayandırılıb
15.08.2022 Azəriqaz Tərəfindən

15.08.2022-ci il tarixdə Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

Bu barədə Visiontv.az-a Azəriqaz İB-dən məlumat verilib.

Məlumata görə, yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.