Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb.
DİN-in mətbuat xidmətindən Visiontv.az-a verilən xəbərə görə, avqustun 17-də saat 8 radələrində baş verən qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.