Xocalı soyqırımının ildönümünə həsr olunan flaşmob keçirilib
25.02.2021

İsmayıllıda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar təşkil edilən tədbirlər çərçivəsində şəhərin mərkəzi meydanında flaşmob keçirilib. Rayon icra hakimiyyətinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin gənc könüllülərinin iştirakı ilə keçirilən flaşmobda Xocalı faciəsinin dəhşətləri, insanlığa qarşı törədilən ağır cinayətlər, qarlı-şaxtalı havada dinc insanlara, o cümlədən uşaqlara, qocalara, qadınlara erməni silahlılarının tutduğu divan səhnələri öz əksini tapıb.

Flaşmob koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq edilən karantin rejimi qaydalarına uyğun keçirilib.