21.010.2019
Axtar
Hadisə
alt

Xəzərdə İran gəmisinin batma anı - VİDEO

İran gəmisinin Xəzərdə batma anının əks olunduğu video yayılıb.

Bu görüntünü  Dövlət Sərhəd Xidməti təqdim edib.

Görüntüdə İran gəmisinin ekipaj üzvlərinin xilas edilməsi və gəminin batma anı qeydə alınıb.

Xatırladaq ki, İrana məxsus yük gəmisi saat 14 radələrində Azərbaycan sərhəd sularında qəzaya uğrayıb.

Azərbaycanın “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

İran gəmisinin batmasının ilkin səbəbi kimi fırtınalı hava şəraiti göstərilir.(oxu.az)

 

Şərh