XƏBƏRDARLIQ Yağış, qar yağacaq
17.12.2018

17-19 dekabrda Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Visiontv.Az-a verilən məlumata görə, dekabrın 17-si günün ikinci yarısından 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.