Xarici İşlər nazirliyi sözçüsü: "Terrorçu diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb"
06.02.2023

Giriş qapısındakı İran polisinin əməkdaşı nəinki hadisəyə müdaxilə etməyib, hətta ərazidən uzaqlaşıb.

Visiontv.az Apa - ya istinadən  xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb, özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin təkərlərini iki dəfə alışdırıb.