"Xankəndi və Xocalıda əmlakların qiyməti, hətta Gəncə və Sumqayıtın bəzi ərazilərindən də baha ola bilər..."
"Xankəndi və Xocalıda əmlakların qiyməti, hətta Gəncə və Sumqayıtın bəzi ərazilərindən də  baha ola bilər..."
07.06.2023 MEDİA Tərəfindən

Sosial şəbəkələrin erməni seqmentində və media kanallarında Azərbaycanın Qarabağ iqtisadi rayonunu və xüsusilə də Xankəndində yaşayan ermənilərin əmlaklarını satışa çıxarmalarına aid məlumatlar yayımlanır. Erməni əsilli vətəndaşları mənzillərini satışa çıxarmağa nə vadar edir? Azərbaycan vətəndaşları və ya digər ölkələrin vətəndaşı olan azərbaycanlılar Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə əmlak almaq hüququna malikdirmi?

Bu mövzu ilə bağlı Visiontv.az saytının sorğusuna, Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun şərhi və qənaəti belədir:

'Məsələ burasındadır ki, hazırda bizim dövlətimiz Qarabağ iqtisadi zonasında və konkret olaraq Xankəndində yaşayan ermənilərin gələcəkdə Azərbaycan cəmiyyətinə reinteqrasiya etməsinə heç bir maneə olmur. Lakin bununla belə həmin bölgədə yaşayan ermənilərin öz əmlaklarını satışa çıxarmaları ilə bağlı xəbərlər də təsadüfi deyil. Çünki, hazırda bölgədə revanşist, separatçılar da az deyil. 

Qarabağın Xankəndi və digər ətraf rayonlarında yaşayan erməni əsilli vətəndaşlar öz mülklərini satışa çıxarmaqda iddialı olsalar da məsələnini hüquqi tərəfini unudurlar. İxtiyarlarında olan daşınmaz əmlakları satmaq istəyirlərsə, buyurub sata bilirlərsə satsınlar. Amma onlar nəzərə almırlar ki, onların satmaq istədiyi mənzillərin heç bir hüquqi sənədi qanuni deyil. Ona görə ki, onlar Qondarma bir qurumun tabeliyində yaşayırlar və o idarəçiliyin heç bir beynəlxalq statusu yoxdur.

Bu ərazilərdə istər xarici ölkə vətəndaşlarına istərsə də yerli sakinlərə hər hansısa bir əmlak satışı, birmənalı olaraq Azərbaycan Respublikasının qanunları ilə tənzimlənməlidir. Əks halda həmin alqı - satqıların heç bir hüquqi bazası və qanuni əsası yoxdur. 

Təbii ki, gələcəkdə həmin ərazilərin təbii coğrafi üstünlərini nəzərə alsaq Xankəndi və Xocalıda əmlakların qiyməti hətta Gəncə və Sumqayıtdakı daşınmaz əmlakların qiymətindən də baha ola bilər. Hazırki, şəraitdə isə hələlik heç bir bu regionda Azərbaycan qanunları istisna olmaqla,  heç bir alqı - satqının nə beynəlxalq nə də digər qanunlar çərçivəsində reallaşması mümkün deyil.  

Bu zonada yaşayan erməniləri əmlaklarını satmağa vadar səbəblər isə müxtəlif ola bilər. Burada həmin ermənilərin Azərbaycana qarşı fobiyası da səbəblərdən biri kimi qiymətləndirilə bilər. Digər səbəb isə separatçıların təsiri ilə aqressiv yanaşma da mümkündür. İstənilən halda onların öz əmlaklarını satışa çıxarmalarının heç bir faydası olmayacaqdır."

Bünyamin Bünyadzadə

Visiontv.az