Xalqım yenə də oyanmır ki, oyanmır-haqqin.az saytının rəhbəri Eynulla Fətullayev
03.06.2020

Dünyada öz səhhətinə bu cür etinasız yanaşan yalnız bir millət var – ruslar

İki ay ərzində xalqımı qəflət yuxusundan oyatmağa çalışırdım. Koronavirus bəlasının hansı nəticələr törədəcəyinə eyham vururdum... Yazırdılar ki, əşşşiii... boş şeydir... uydurmadır! Milləti panikaya salma! Budur, indi gəldi, yaman gəldi... Amma korona gəlsə də, təəssüf ki, xalqım yenə də oyanmır ki, oyanmır. Dünyada öz səhhətinə bu cür etinasız yanaşan yalnız bir millət var - ruslar. Çox bənzəyirik bir-birimizə... Seyr edirəm, heç kim maska taxmır. Məncə, bu fenomenal kamikadzelik ayrıca sosioloji və psixoloji tədqiqat predmeti olmalıdır.