Xalq artistindən efirdə ŞOK ETİRAF: "Sənubər İsgəndərli ilə 3 ay sevgili olduq"
15.01.2020

Xalq artisti Əjdər Həmidov həmkarı Sənubər İsgəndərli ilə 3 ay sevgili olduğunu etiraf edib.

Visiontv.az xəbər verir ki, aktyor Xəzər TV-nin "Hər şey daxil" proqramında qonaq olarkən "Kişi sözü" filmində aşiq olduğu qadın obrazını canlandıran Sənubər İsgəndərlini həqiqətən sevdiyini açıqlayıb:

"Deməli, "Kişi sözü" filmində Qasım Solmazı sevir. Filmin çəkilişləri başlayan gün rejissor Cahangir Mehdiyev məni kənara çəkib dedi ki, Əjdər, sən Sənubəri sevməlisən. Yoxsa, alınmayacaq, təbii olmayacaq, inanmayacağıq. Dedim, Cahangir müəllim, sevmək bəyəm "zakaz"ladır?

Amma boynuma alıram ki, qısa müddətdə Sənubəri sevməyə başladım. Mənə deyin görüm, onu sevməmək olar? Amma bizim sevgimiz çox qısa sürdü - 3 ay. Film qurtaran kimi Sənubər xanım öz yoluna, mən öz yoluma. Sevgi də bitdi".