Virusa qarşı yeni dərman - Lagevrio
07.12.2021

Böyük Britaniyada COVID-19-un müalicəsi üçün virus əleyhinə dərman vasitəsi sayılan molnupiravirin (marka adı "Lagevrio") geniş tətbiqinə başlanılacaq.

Visiontv.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb. Bu dərmanın xəstəliyin inkişafının ilkin mərhələlərində koronavirusa xüsusilə həssas olan şəxslərə təyin edilməsi planlaşdırılır. Molnupiravir ABŞ-ın "Merck və Ridgeback Biotherapeutics" şirkətləri tərəfindən hazırlanıb.

Pilot proqramın ilin sonunadək başlanacağı bildirilib.