Vilayət Eyvazov polis mayoruna vəzifə verdi
31.08.2020

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Visiontv.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin Baş müstəntiqi Qurban Qurbanov vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə polis mayoru Q.Qurbanov Ağstafa RPŞ-yə əməliyyat işləri üzrə müavin təyin edilib.