Viktor Orban da Ərdoğan kimi Qərbdə sevmirlər: Çünki o, Qərbin yox, Macarıstanın maraqlarından çıxış edir
Viktor Orban da Ərdoğan kimi Qərbdə sevmirlər: Çünki o, Qərbin yox, Macarıstanın maraqlarından çıxış edir
19.05.2023 Elbəyi Həsənli Tərəfindən

Macarıstanın Baş naziri Viktor Orban seçkidə qazandığı qələbə münasibəti ilə Tayyib Ərdoğanı təbrik edib. Ona II turda qələbə arzulayıb.

Sözüm onda deyil. Viktor Orban da Ərdoğan kimi Qərbdə sevmirlər. Hətta ona diktator deyənlər də var. Halbuki o, seçki yolu ilə iqtidara gəlib, elə seçki yolu ilə də iqtidarda qalmaqdadır.

Xatırladım ki, o, 2010-cu ildən Macarıstanın Baş naziridir. Niyə Qərb ölkələrində Viktor Orbanı sevmirlər. Çünki o, Qərbin yox, Macarıstanın maraqlarından çıxış edir. Bu isə Qərbin xoşuna gəlmir...

Macarlar möhtəşəm imperiya yaratmış xalqdır. Macarıstan bir vaxt Avropanın ağası olub. Onlar Atillanın nəvələridir. Bu amil də Qərbin xoşuna gəlmir. Macarlar 1500 ildən artıqdır ki, Avropanın göbəyində yaşayırlar, xristiandırlar. Ancaq macarların türk keçmişi Qərbi hələ də narahat etməkdədir...

Maraqlıdır, macar xalqı Viktor Orbanı sevir, Qərbin isə ondan zəhləsi gedir. Niyə Viktor Orban bu qədər sevilir. Çünki o, sadə adamdır. “Öncə ailə” şüarını Macarsıtanda reallaşdıran da odur. Macarıstanda doğulan uşaqların sayı Avropanın digər ölkərəindən kəskin şəkildə çoxdur. Viktor Orban uşaqpulu dediyimiz dövlət yardımını iki dəfə artırıb...

Qərbdə isə total şəkildə LGBT (lesbian, gay, bisexual, and transgender) təbliğatı gedir. Hər hansı bir ictimai-siyasi xadimin yaxşı və ya pis olması LGBT-yə münasibəti ilə ölçülür. Əgər adam LGBT-yə dəstək verisə, deməli, o, yaxşıdır, yox əgər LGBT-yə qarşıdırsa, deməli, o, pisin pisidir, cahildir, yaramazdır və.s.

Bir şeyi də deyim, Viktor Orban Tayyib Ərdoğanla bağlı tweet atıb. Və bu fotonu da statusuna əlavə edib. Gördüyünüz kimi, çox sadə bir telefondur. Azərbaycanda heç məktəb uşaqları belə telefonu özlərinə yaraşdırmaz...

Elbəyi Həsənli

visiontv.az