23.010.2020
Axtar
Dünya
alt

Vəziyyət gərgindir, sərhədə S-400-ləri yerləşdiririk-Rusiya Müdafiə naziri Sergey Şoyqu

Rusiya Çinlə sərhəddə yerləşən hərbi hissələrə S-400 raket əleyhinə müdafiə sistemləri və Buk-M1-2 sistemləri yerləşdirəcək.

Visiontv.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu məlumat yayıb.

Şoyqu Şərq Hərbi Dairəsində hərbi varlıqlarını gücləndirməyə qərar verdiklərini bəyan edib.

2020-ci ilin sonunadək bölgəyə 500 yeni hərbi texnikanın göndəriləcəyini söyləyən Şoyqu buradakı köhnə sistemlərin əvəzinə S-400 və Buk-M1-2 sisteminin yerləşdiriləcəyini deyib.

Rusiyalı nazir şərq bölgələrində hərbi və siyasi vəziyyətin gərgin olduğunu, bu səbəbdən təhdidlərin təsirsiz hala gətirilməsi üçün müxtəlif tədbirlərin görüldüyünü vurğulayıb.

Qeyd edək ki, Şərqi Hərbi Dairəsinin mərkəzi Xabarovsk şəhəridir və Çin sərhədindən 30 kilometr məsafədə yerləşir.

Şərh