Vətəndaşların müraciətlərinə baxmaq üçün qaynar xətt yaradılıb - MN
17.01.2021

Səfərbərlikdən tərxis edilmiş vətəndaşların müraciətlərinə baxmaq üçün qaynar xətt yaradılıb.

Visiontv.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, sözügedən qaynar xətlər 4 komissiyadan əlavə eyni zamanda vətəndaşların rahatlığı və heç bir getmədən sorğularının cavablandırılması üçün yaradılıb.