Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapıldı
13.10.2021

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb. Visiontv.az bildirir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.

O, bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq. Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!