Vasif Talıbovdan yeni təyinat
18.05.2019

Vasif Talıbovdan yeni təyinat

Elçin Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.

Bu barədə müvafiq sərəncamı mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.

Qeyd edək ki, Elçin Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini vəzifəsində çalışıb.