"Vaqner"in ölümcül MeMi, Hashtag-ı: "İXTAMNET"
"Vaqner"in ölümcül MeMi, Hashtag-ı: "İXTAMNET"
04.10.2022 MEDİA Tərəfindən

Ukraynadakı rus "Vaqner" muzdlularının ən öldürücü, qorxulu silahı deyirsiz bəs top-tüfəngdi, yaxud iriçaplı silahlardır?

Yox...

"Vaqner"çilərin orda ən qorxulu silahı "İXTAMNET" memi, hashtagı, yəni, işarəsidir.

Deşifrəsi ruscadır-"их там нет".

Ən gizli, məxfi əskər, killer, qatil, snayperlər adətən bu siqnala bağlıdırlar.

Səslənincə, sanki yerin altından üzə çıxırlar, damdan aşağı sallanırlar. Soba buxarısından içəriyə qumbara tullaya da bilərlər hətta.

Sonra qanlı divarlara öz hashtaglarını-İXTAMNET sözünü yazırlar.

Çox vaxt, qanla həkk edirlər bu kəlməni divarlara.

Özlərini gizlincə, pıçapıçla "İXTAMNET" adlandıran bu killerlərin qədim Misir firionu İxtamnetlə əlaqəsi, mübahisəlidir.

İddialar var ki, bu ad səslənincə guya o qədim Misir mumyası oyanıb dirilir. Reallığa təsir etməyə başlayır və s. i və ilaxır.

Əlbətdəki bütün bunlar müasir folklordu. Göz, qulaqaldadıcı psixoloji manevrlərdi, vəssəlam.

"İXTAMNET" əsgərləri, mistik qara qüvvələrin qulluğundadır.

Daimi döyüş mövqeləri "Vaqner" muzdluları ilə eynidir.

İXTAMNET-lər, 2014-cü ildə, Putinin bircə kəlməsi ilə, div kimi, qara tüstü şəklində, şüşədən çıxıblar. Sonra ətə-qana dolub Vaqnerçi dəstələri kimi tanınıblar.

O vaxt Putin, rus əskərlərini nəzərə alaraq, demişdi ki, "Krımda onlar yoxdu".

İXTAMNETLƏR, bax bu cür, yoxdan yaranırlar həmişə.

Ən qanlı, ən amansız sifarişləri reallaşdırırlar.

2018-ci ildə, Mərkəzi Afrikada, həmyerlimiz Orxan Camalın qətli İXTAMNET-lərsiz ötüşməyib sanki. Adlarını bu qətldə hallandıranlar var.

"Wargonzo" kanalı, S. Peqov və bəzi digər rus jurnalistləri həmişə bu İXTAMNET-ləri müşayət edirlər.

Əgər hardasa Peqovu gördünüzsə, bilin, orda İXTAMNET-lər də var.

2020-ci ildə hər iki dəstə Qarabağda da sinxron hərəkət edib.

Fizuli, Lətəpə, Şuşa döyüşlərində iştirakları haqda söz-söhbətlər mövcuddu.

Ukraynada isə...

Həmyerlimiz, Rusiyanın "Vaqner" muzdlu ordusunun ştatlı musiqiçi, təbliğarçısı, reperi, "Apaçi" ləqəbli Həsənov Hakim bax bu "İxtamnet"lərlə bağlı ifaçıdır.

Eyni mövzulu "İxtamnet" repi, Rusiyada rekordlar qırmaqdadır

Həmid Herisçi

visiontv.az