ÜST rəhbərindən İlham Əliyevə təşəkkür
28.04.2020

"Azərbaycan koronavirus pandemiyasına qarşı regionda çox effektiv strategiya nümayiş etdirir".

Visiontv.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Gebreyesus qurumun Cenevrədə keçirilmiş növbəti mətbuat konfransında söyləyib.

Azərbaycandan yalnız REAL TV-nin iştirak etdiyi konfransda təşkilat rəhbəri prezidenti İlham Əliyevin virusla mübarizə istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib.