ÜST: Koronavirusdan 3584 nəfər ölüb
09.03.2020

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 8-nə olan məlumatı açıqlayıb.

Visiontv.az Trend-ə istinadən bildirir ki, məlumata əsasən, son 24 saat ərzində Bolqarıstan, Kosta-Rika, Farer adaları, Fransa Qvianası, Maldiv adaları, Malta, Martinika, Moldova Respublikasında koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Dünyada: 105 586 (3656 yeni)

Çində: 80 859 (46 yeni)

3100 ölüm halı (27 yeni)

Çinin xaricində:

24 727 yoluxma halı (3610 yeni)

484 ölüm halı (71 yeni)

101 ölkə/ərazi (8 yeni)

ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.