Güneyli ekofəalların paylaşdığı yeni görüntülər və məlumatlar göstərir ki, Urmu gölünün keçən il hələ də su olan şimal hissəsi indi tamamilə quruyub.
Ətraf mühit fəalı Mohsen Qasid 2025-ci ilin iyun ayında Urmu gölünün hazırkı durumunun görüntülərini dərc edərək gölün quruması prosesinin sürətləndirilməsi ilə bağlı xəbərdarlıq edib. Peyk görüntülərinin müqayisəsi ötən ilin iyun ayında gölün 35 santimetrə qədər su olan şimal hissəsinin böyük qismi indi tamamilə quruduğunu göstərir.
Əvvəllər dayaz su içində qalan və hazırda tamamilə quru ilə əhatə olunmuş “Həmzə” gəmisinin vəziyyəti böhranın şiddətinin simvolu kimi qeyd edilib.
visiontv.az