İran Xarici İşlər Nazirliyinin sözçüsü açıq şəkildə bildirib ki, Tehran heç bir halda uranı daxildə zənginləşdirmək hüququndan imtina etməyəcək.
Bu barədə jurnalistlərə müsahibə verən İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, İran daxilində uranın zənginləşdirilməsi və sanksiyaların effektiv şəkildə aradan qaldırılması İranın Amerika ilə danışıqlarda heç vaxt güzəştə getməyəcəyi qırmızı xətləri təşkil edir.
"İranın istədiyi ümumi çərçivə nəzərə alınmasa, detallar üzrə heç bir razılıq əldə olunmayacaq. Qeyd olunan qırmızı xətlər İranın danışıqlar prinsiplərinin bir hissəsidir və onları əhatə edən məsələlər mütləq ciddi şəkildə davam etdiriləcək".
Qeyd edək ki, İran və Amerika arasında Omanın vasitəçiliyi ilə keçirilən danışıqların son raundu şənbə günü Məsqətdə başa çatıb.
visiontv.az