“Uralvaqonzavod” qoşunlara bir eşalon ən son T-90M “Prorıv” tankları göndərib.
Bu barədə şirkətin mətbuat xidməti məlumat verib.
Təntənəli mərasimdə "Dimitri Donskoy" kilsəsinin keşişi İoan Bragin iştirak edib.
T-90M tankı Ural Nəqliyyat Mühəndisliyi Dizayn Bürosu tərəfindən hazırlanır. İstehsalçı bunun T-90 ailəsində ən qabaqcıl maşın olduğunu vurğulayır. Qeyd olunur ki, tank müasir döyüş şəraitinə uyğunlaşdırılıb. T-90M-in əsas xüsusiyyətlərindən biri real vaxt rejimində digər maşınlarla məlumat mübadiləsi aparmaq imkanıdır.
visiontv.az