"Unudurlar ki, Azərbaycanın maraqlarını nəzərə almadan heç bir qüvvə proseslərə yön verməyə qadir deyil..."
"Unudurlar ki, Azərbaycanın maraqlarını nəzərə almadan heç bir qüvvə proseslərə yön verməyə qadir deyil..."
25.05.2023 MEDİA Tərəfindən

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan baş nazirlə yanaşı Azərbaycanı və beynəlxalq aləmi bu sözlərlə hədələyərək bildirib ki,  beynəlxalq ictimaiyyət və Azərbaycan bilməlidir ki, Paşinyanın qərarı iki xalq arasında sülh gətirməyəcək. Baş nazir sənədi imzalasa belə, bu, yalnız tarixin təbii axarından müvəqqəti sapma olacaq.

Keçmiş erməni diplomat sülhün əldə edilməsindən niyə narahatdır və ya qorxur? Oskanyanın bu fikirləri nəyə hesablanıb? Politoloq Anar Əliyev Visiontv.az saytına açıqlamasında bunları bildirdi:

"Ermənistanın sabiq Xarici işlər naziri, böyük hakimiyyət ehtirası ilə yaşayan, 2008 - ci ildə Koçaryan öz hakimiyyətini Serj Sarkisyana təhvil verərkən ciddi inciklik yaşayan,  - Sarkisyan deyil mən hakimiyyətdə olardımsa Ermənistan üçün böyük işlər, layihələr iddiasında olan Oskanyan, Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırıq fikirlərinə sərt mövqe ifadə edibdir. Ümumiyyətlə bildirmək istərdim ki, bu gün Ermənistan - Azərbaycan münasibətlərinin tənzimlənməsində iki ziddiyyətli mövqelər var.  Birinci mövqe sülh münasibətlərinin sürətli şəkildə qısa müddətdə imzalanmasını özündə əsk etdirir. Bu mövqe tərəfdarları hesab edirlər ki, Azərbaycan müttəfiqləri ilə birlikdə ortaya qoyduğu iradə ilə Ermənistanın üzləşdiyi bir çox problemlərin əsasını qoyubdur. Xüsusilə iqtisadi blokada və Ermənistanın bir çox layihələrdən kənarda saxlanılması, Azərbaycan liderinin iradəsi əsasında forlmalaşıbdı. Hadisələr onu göstərir ki, heç bir  güc Azərbaycan dövlətinə və Prezidentinin iradəsinə təsir edə bilməz. Bunu dərk edən həmin qrup, qısa müddətdə Azərbaycanla sülh sazişinin imzalanmasını özləri üçün yeganə çıxış yolu kimi görürlər.  Hətta Ermənistanın keçmiş prezidentinin keçmiş müşaviri Jerar Depardiyan bu mövqeyini daha da irəli apararaq, - Ermənistanın gələcəkdə mövcudluğunu düşünürüksə, qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Əks halda bu Ermənistanın mövcudluğunu təhlükə altında qoya bilər  - kimi cümlələr ifadə edibdi. Bu mövqedə olan şəxslərin sırası Ermənistanda artmaqdadı. 

Əfsus ki, Ermənistanda əks fikirlərdə olanlar da mövcuddur. Xüsusilə də keçmiş prezidentin tərəfdarları Ermənistanda hakimiyyət rıçaqlarını ələ keçirməklə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına imkan verməyəcəklərini bildirirlər. Bu baş  verərsə bu sənədin heç bir hüququnun  olmayacağını düşünürlər. Düşünürlər ki, sülh müqaviləsi imzalanarsa bu Paşinyanın hakimiyyətinin ömrünü uzatmağa təsir edə bilər. Paşinyanın həm də sülh müqaviləsinin qarantı  kimi qorunub saxlanması istiqamətində addımlar atıla bilər. Xalqı Azərbaycanla sülh müqaviləsi imzalamamağa çağırmaq, daha ciddi uğurların əldə ediləcəyi dövrün gözlənilməsi məsələsində şirin vədlərlə  çıxış edən insanlar daha çox Paşinyanın hakimiyyətdən getməsi və öz hakimiyyətə gəlmə planlarını reallaşdırmaq istəyirlər. Hesab edirəm ki, burada başlıca məqsəd erməni xalqının və dövlətinin maraqları deyil. 

Keçmiş xarici işlər naziri Oskanyana da bu qrupun üzvü hesab olunur. O erməni mətbuatında dərc etdirdiyi yazısında Paşinyanın bu sənədi imzalamamasına imkan verilməməsinə çağırış edibdi.  Hesab edirəm ki, Oskanayan nazir olduğun zamanlarda etdiyi səhvləri indi də davam edir. Proseslərin mahiyyətini  bilərəkdən ya da bilməyərəkdən qüvvədən salma planları ilə əlaqələndirməyə çalışır. Bu mənada Oksanyanlar, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurumun sabiq rəhbərləri belə bəyanatlar səsləndirərkən  şəxsi maraqlarını xalqın maraqlarından üstün tuturlar. Amma unudurlar ki, qarşı tərəf Azərbaycan və hadisələrə proseslərə soyuqqanlı, praqmatik və geniş visiona malik bir rəhbər olduğunu isbat edən siyasətçi olan Azərbaycan Prezidentidir.  Unudurlar ki, Azərbaycanın maraqlarını nəzərə almadan heç bir qüvvə proseslərə yön verməyə qadir deyil.  Paşinyanın bu gün ortaya qoyduğu yol yeganə çıxış yoludur. Lakin Paşinyanın da kim olduğunu unutmamalıyıq. Onu daim verdiyi vəddən yayınmağa çalışan, məsuliyyətsiz siyasətçi kimi tanıyırıq. Əgər o, səsləndirdiyi bəyanatlarda bu fikirlərində səmimidirsə bu istiqamətdə sözlər sənədlərə yansımalıdır. Nəhayət ki, bölgəmizə davamlı və möhkəm sülh gəlməlidir. Hesab edirəm ki, bu həm də Ermənistan xalqının və dövlətinin xeyrinə olacaqdır..."

Bünyamin Bünyadzadə

Visiontv.az