Ukraynanı NATO silahları ilə təchiz edilməsi Rusiyanın itkiləri ilə nəticələnir
Ukraynanı NATO silahları ilə təchiz edilməsi Rusiyanın itkiləri ilə nəticələnir
27.04.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Ukraynaya silah yardımı xüsusilə NATO silahları ilə təchiz edilməsi Rusiyanın itkiləri ilə nəticələnir. Artıq Avropa Birliyidə sanksiyaları genişləndirib.

NATO müdafiə nazirlərinin Almaniyada keçirilən görüşdə birbaşa Rusiyaya qarşı sərt addımların atılması qərarlaşdırılması V. Putini geri addım atmağa sövq edir.

BMT Baş katibi A. Quterreşin Türkiyə və Rusiya səfəri apardığı danışıqlar Putinlə Zelenskinin görüşünün İstanbulda keçirilməsi razılaşdırılması qeyd edilir. Müharibənin uzanması Ukryananın əlini gücləndirir və Rusiyaya ciddi itkilər hesabına başa gəlir.
İndiki şərtlər daxilində Ukraynanın danışıqlara gedib, atəşkəs imzalaması yalnız o halda mümkün ola bilər ki, Rusiya müharibədən əvvəlki mövqeyinə çəkilsin.

Amma, bu da Ukryananın maraqlarına cavab vermir. Müasir silahlarla təmin edilən Ukrayna Donbasda sepaaratizmə son qoyması ən əlverişli məqamdır.

Rusiya Krıma quru yolu əldə edib, atəşkəsə getməyə maraqlıdır. Situasiya gərgin olaraq qalır və indiki şəraitdə atəşkəs Ukryananın maraqlarına cavab vermir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az