Ukraynadan təxliyə edilən axıska türklərinin 8-ci karvanı Türkiyəyə çatıb
Ukraynadan təxliyə edilən axıska türklərinin 8-ci karvanı Türkiyəyə çatıb
20.05.2022 MEDİA Tərəfindən

Ukraynadakı müharibə səbəbindən ölkədən çıxarılan axıska türklərinin 8-ci karvanı Türkiyənin Elazığ vilayətinə çatıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədən təxliyə edilən 148 axıska türkü Elazığ Hava Limanında səlahiyyətli nümayəndələr tərəfindən coşquyla qarşılanıb. 

Elazığa gələn 8-ci karvanla yerləşdirmə mərkəzinə yerləşdirilən axıska türklərinin sayı 1261-ə çatıb.

İlahə Əliyeva