Ukraynadaki 20-yə yaxın gəmimiz hər an hərəkətə hazırdır – Ərdoğan
Ukraynadaki 20-yə yaxın gəmimiz hər an hərəkətə hazırdır – Ərdoğan
01.07.2022 MEDİA Tərəfindən

“Ukraynada 20-yə yaxın gəmimiz hər an hərəkətə hazırdır.”

Visiontv.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu cümə namazından sonra jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərzaq böhranı ilə bağlı sualı cavablandıran Ərdoğan, “Cənab Putin və cənab Zelenski ilə danışıqlar aparacağıq. Zərər çəkən ölkələrə üzərimizdən buğda, arpa və günəbaxan göndərə bilərik. Biz vasitəçi olaraq göndərə bilərik. 20-yə yaxın gəmimiz oradadır və hər an hərəkət etməyə hazırdır” deyə qeyd edib. 

İlahə Əliyeva