Ukrayna Silahlı Qüvvələri Donbassda rusların böyük sursat anbarını məhv edib
Ukrayna Silahlı Qüvvələri Donbassda rusların böyük sursat anbarını məhv edib
04.07.2022 MEDİA Tərəfindən

Ukrayna hərbçiləri Donetsk vilayətinin Snijne şəhərində rusların silah-sursat anbarına hücum ediblər. Bu barədə Ukraynanın Quru Qoşunları Facebook-da məlumat yayıb.

"Donetsk vilayətinin Snijne şəhərində atəş şousu. Zərbə işğalçıların silah-sursat anbarlarına düşüb", - hərbçilər qısa şərh edib.
“Xalqın qulluqçusu”ndan olan deputat Yuri Myasyagin yazıb ki, dağıdılan anbar rusların ən böyük anbarlarından biridir. O, 2014-cü ildən "Snejnyanskximmaş" zavodunun ərazisindədir: "2014-cü ildən bəri ora qeyri-qanuni silah-sursat gətirilir. Ən böyük silah-sursat anbarıdır. Oranın vurulub dağıdılması Rusiyanın təchizatı və dəstəyinə güclü zərbədir ”.

visiontv.az