Ukrayna hərbçiləri gün ərzində 150-yə yaxın işğalçını, bir helikopteri və üç qanadlı raketi məhv edib
Ukrayna hərbçiləri gün ərzində 150-yə yaxın işğalçını, bir helikopteri və üç qanadlı raketi məhv edib
16.08.2022 MEDİA Tərəfindən

Ukraynada  işğal başlayandan bəri öldürülən rus ihərbiçilərinin sayı təxminən 43 900 nəfər təşkil edib. Bu barədə avqustun 16-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, son sutka ərzində 150-yə yaxın işğalçı məhv edilib.

Rus qoşunlarının digər itkiləri:

tanklar - 1880 (+4);
zirehli döyüş maşınları - 4152 (+11);
artilleriya sistemləri - 989 (+4);
MLRS - 263 (+2);
hava hücumundan müdafiə sistemləri - 136;
təyyarə - 233;
helikopterlər - 196 (+1);
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 790 (+3);
qanadlı raketlər - 190 (+3);
gəmilər / qayıqlar - 15;
avtomobil avadanlığı və yük maşınları - 3049 (+5);
xüsusi texnika - 92.
İşğalçılar ən böyük itkiləri Donetsk istiqamətində veriblər, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib.

visiontv.az