Ukrayna "Azovstal"dan 60 nəfərin təxliyəsi ilə bağlı danışıqlar aparır - Vereşçuk
14.05.2022

Hazırda Ukrayna tərəfi Mariupoldakı “Azovstal”dan 60 nəfərin təxliyəsi ilə bağlı danışıqlar aparır. İlk növbədə ağır yaralananları çıxarmağa çalışırıq.

Bu barədə "Suspіlna" saytı xəbər verir.

Baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib ki, danışıqlar çətin gedir. Onun sözlərinə görə, zavodun ərazisində bir neçə yüz yaralı var və ilk növbədə onları xilas etmək lazımdır: “Deməli, ilk növbədə ağır yaralıları və həkimləri təxliyyə etmək istəyirik. Onların sayı 60 nəfəridir".

Bir müddət əvvəl Vereşçuk bildirmişdi ki, “Azovstal”dan ukraynalı əsgərlərin təxliyyəsi məsələsində beynəlxalq vasitəçilərin rolunu şişirtmək olmaz. Çünki onların rolu əhəmiyyətli olsaydı, o zaman Rusiya ilə Ukrayna arasında müharibə olmazdı.

Qeyd edək ki, zavodun ərazisində mindən çox ukraynalı əsgər var.

Aytən Əliyeva

visiontv.az