UEFA Avropa çempionatının mükafat fondunu artırıb
23.09.2021

UEFA qadın futbolçular arasında Avropa çempionatının mükafat fondunu artırıb. Visiontv.az xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin Moldovanın paytaxtı Kişineuda keçirilmiş iclasında qəbul olunub.

Yeniliyə əsasən, turnirin mükafat fondu 8 milyon avrodan 16 milyon avroya yüksəldilib.

Qeyd edək ki, Avropa çempionatına İngiltərənin paytaxtı London ev sahibliyi edəcək.