4.07.2020
Axtar
Hadisə
alt

Ucarda dəhşət 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarılıdı - VİDEO

Ucarda dəhşət 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarılıdı - VİDEO

Ucar rayonunun Bərgüşad kəndində dəhşətli hadisə baş verib.

 

Visiontv.az xəbər verir ki, yanvar ayının 7-də 16 yaşlı məktəbli qız 30 yaşlı kişi tərəfindən qaçırılaraq təcavüzə məruz qalıb. Bu haqda məlumatı "Səni axtarıram" verilişində qaçırılan məktəblinin nənəsi Səadət Məmmədova səsləndirib. Onun sözlərinə görə, məktəbli dərsdən çıxarkən  Zamin Muradov, qardaşı  Fazil Muradov və qardaşının həyat yoldaşı Xatirə Muradovayla birlikdə azyaşlını zorla qaçırıb. Məlumata görə, məktəbli qızı qaçıran şəxs atasının əmisi oğludur. 

 

Verilişə müraciət edən nənə hüquq mühafizə orqanlarına məlumat verildiyini və ailəsinin qarşı tərəfdən təhdid olunduğunu bildirib. Qadının sözlərinə görə, qızı qaçıran şəxslər "ləkəni" silmək adı ilə qarşı tərəfi barışığa razı salıb. Amma nənə nəvəsinin təhsil alması üçün çalışdığını, günahkarların cəzalandırılmasını istəyir. 

Şərh