“Twitter” bəzi işçilərinin geri qayıtmasını istəyib
07.11.2022

Amerikanın “Twitter“ şirkəti çox sayda ixtisara saldığı bəzi işçilərinin yenidən ştata qayıtmasını istəyib.

Visiontv.az xəbər verir ki, bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, şirkət bəzilərinin səhvən işdən çıxarıldığını bildirib.

Qeyd olunub ki, şirkət rəhbərliyi ixtisardan sonra işçilərin əhəmiyyətini anlayıb və geriçağırılma ilə əlaqədar müraciət ünvanlayıb.

Agentlik qeyd edir ki, “Twitter“ bütün bunlar haqqında sorğuya cavab verməyib.

APA