Türkiyənin yüksək rütbəli heyəti Liviyaya səfər edib
Türkiyənin yüksək rütbəli heyəti Liviyaya səfər edib
03.10.2022 MEDİA Tərəfindən

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və Prezident Administrasiyasının sözçüsü səfir İbrahim Kalından ibarət nümayəndə heyəti Liviyanın paytaxtı Tripoliyə bir günlük səfər edib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Nümayəndə heyəti Liviya Prezident Şurasının sədri Yunus əl-Menfi, Prezident Şurasının müavinləri Abdulla əl-Lafi və Musa əl-Koni, Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe və Liviya Ali Dövlət Şurasının sədri Xalid Əl-Mişri ilə görüşü və nümayəndə heyəti üzvlərinin həmkarları ilə ayrı-ayrılıqda danışıqlar aparması gözlənilir.

Xarici işlər naziri Çavuşoğlunun Liviyanın xarici işlər naziri Necla Manquş ilə ikitərəfli görüşündən sonra birgə mətbuat konfransı keçirəcəyi bildirilib.

Türkiye'den Libya'ya üst düzey ziyaret

İlahə Əliyeva