Türkiyənin yeni beşinci nəsil yerli hərbi təyyarəsini 2023-cü ildə anqardan çıxarılması planlaşdırılır
Türkiyənin yeni beşinci nəsil yerli hərbi təyyarəsini 2023-cü ildə anqardan çıxarılması planlaşdırılır
24.11.2022 MEDİA Tərəfindən

Anadolu agentliyi xəbər verir ki,  beşinci nəsil yerli hərbi təyyarə üzərində işləri Türkiyə Müdafiə Sənayesi İdarəsinin koordinasiyası altında Türk Havacılık ve Uzay Sanayisinin (TUSAŞ) mütəxəssisləri həyata keçirir. Prosesə 13 mindən çox mütəxəssis cəlb olunub.

TUSAŞ-ın baş direktoru Temel Kotil bildirib ki, prototip anqardan çıxarıldıqdan sonra yer sınaqları başlayacaq və təyyarə ilk uçuşa hazırlanacaq.

Hazırda hərbi təyyarənin gövdəsi və qanadları yığılır. Hərbi təyyarənin prototipi beynəlxalq standartlara tam uyğun olacaq. Prosesə 6500-ə yaxın ehtiyat hissələri və 30 müxtəlif alt sistem cəlb olunacaq.

Layihənin sonrakı mərhələləri 2029-cu ilə qədər həyata keçiriləcək.

visiontv.az