Türkiyənin vitse-prezidenti: “Hər zaman Azərbaycanla birlikdə hərəkət edəcəyik”
30.07.2020

“Qardaş Azərbaycanla hər zaman və hər şərtdə birlikdə hərəkət etməyə davam edəcəyik”.

Visiontv.az-ın xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri ilə bağlı “Twitter” paylaşımında bildirib.

“Qardaş Azərbaycanla hər zaman və hər şərtdə birlikdə hərəkət etməyə davam edəcəyik. Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq”, - deyə F. Oqtay vurğulayıb.