Türkiyənin ilk cib peyki kosmosa buraxılacaq
07.01.2022

Türkiyənin Zonguldağ Bülent Ecevit Universitetinin (BEU) Mühəndislik fakültəsinin tələbələrindən ibarət Grizu-263 Kosmos Qrupu tərəfindən hazırlanan Türkiyənin ilk cib peyki “Grizu-263A”, “SpaceX Falcon 9” raketi ilə yanvarın 13-də kosmosa göndəriləcək.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, peyk yanvarın 13-də Türkiyə vaxtı ilə saat 18:25-də ABŞ-daki “Cape Canaveral” bazasından havaya qalxacaq.

Peykin təxminən 525 kilometr aşağı yer orbitində 4 il 8 ay xidmət etməsi planlaşdırılır.

Qeyd edək ki, Türksat tərəfindən təşkil edilən TEKNOFEST sərgisi çərçivəsində 95 komanda arasında Türkiyə birincisi olaraq mükafatını prezident Rəcəb Tayyib Ərdoğandan alan kosmos komandası, ABŞ-da keçirilən "CanSat Yarışması" Model Peyk Müsabiqəsində iki dəfə dünya ikincisi olub.

İlahə Əliyeva