Türkiyənin HDP və Yaşıl Sol Partiyası seçkiylə bağlı qərarını açıqlayıb
Türkiyənin HDP və Yaşıl Sol Partiyası seçkiylə bağlı qərarını açıqlayıb
25.05.2023 MEDİA Tərəfindən

Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) və Yaşıl Sol Partiyası 14 maydaki mövqelərinin dəyişmədiyini, ikinci turda da Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəklərini bildirib.

Visiontv.az Hürriyət-a istinadən xəbər verir ki, HDP həmsədri Pərvin Buldan ikinci tur qərarını bu sözlərlə açıqlayıb:
“HDP və Yaşıl Sol Partiyasının mövqeyini ictimaiyyətə təqdim etmək istəyirik. Biz xalqın bərabərlik, ədalət və haqlı mübarizəsinin qarantıyıq. Bu dəyərlər bizim yeganə meyarımızdır. Heç bir halda bu mövqedən geri çəkilməyəcəyik. Türkiyə cəmiyyətinin demokratiya, bərabərlik və demokratik seçki qutusunun iradəsi ilə bağlı gözlənti və istəklərini tanımaq vacib və prioritetdir. Seçkiyə əskiksiz gedəcəyik. Mübarizəmizi əzm və inadla davam etdirəcək, qətiyyən təslim olmayacağıq.”

HDP ve Yeşil Sol Parti kararını açıkladı

İlahə Əliyeva